"Fənərbaxça"da oynamaq istəmədi, İtaliyaya yollanır

19:31 - 10 İyun 2024

"Mançester Yunayted"in futbolçusu Meyson Qrinvud Türkiyədə oynamaq istəməyib.

Sportal.az xəbər verir ki, ingiltərəli vinger "Fənərbaxça"nın təklifini qəbul etməyib. Bu barədə "TeamTalk" məlumat yayıb.

Qrinvudun yeni klubu müəyyənləşmək üzrədir. 22 yaşlı futbolçu "Yuventus"la razılıq əldə edib. Transferin qısa zamanda rəsmiləşəcəyi bildirilir.

Qeyd edək ki, Meyson Qrinvud son mövsümü icarə əsasında "Xetafe"də keçirib. İngiltərə millisinin sabiq üzvü La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 10 qol və 6 məhsuldar ötüqrmə ilə yadda qalıb.

Xəbər xətti