AVRO-2024-ün ilk görüşünü buraxacaq

15:34 - 13 İyun 2024

İspaniya millisinin müdafiəçisi Aymerik Laport AVRO-2024-ün ilk matçını buraxacaq.

Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, o, millinin son məşqində zədə səbəbindən iştirak etməyib.

Əzələsində problem yaşayan Laport bərpa kursu keçməkdədir.

Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-ə qədər Almaniyada keçiriləcək.

İspaniya iyunun 15-də ilk görüşünü Xorvatiyaya qarşı oynayacaq.

Xəbər xətti