"Barselona"dan 30 milyon avro tələb edirlər

11:20 - 17 İyun 2024

"Barselona" ötən mövsüm icarə əsasında heyətində qatdığı Joao Kanselonu komandada saxlamaq istəyir.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi portuqaliyalı sağ cinah müdafiəçisi üçün onun klubu "Mançester Siti" iklə danışıqlara başlayıb.

İngilislər 30 yaşlı futbolçu üçün 30 milyon avro tələb edir. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. 

Qeyd edək ki, Joao Kanselo 2023/2024 mövsümünü "Barselona"da keçirib. Portuqaliya millisinin üzvü La Liqa nəhənginin heyətində meydana çıxdığı 42 rəsmi matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti