Əfsanəvi futbolçu silahlı hücuma məruz qaldı, xəsarət aldı

15:50 - 21 İyun 2024

İtaliyalı əfsanəvi futbolçu Roberto Bacco silahlı hücuma məruz qalıb.

Sportal.az xəbər verir ki, hadisə dünən gecə veteran hücumçunun ailəsi ilə birlikdə Viçentsa şəhərinin yaxınlığında yerləşən meşəlik ərazidəki evində baş verib.

Baco və ailəsi Avro-2024-ün İtaliya - İspaniya matçını (0:1) izləyən zaman 5 nəfər silahlı şəxs evə daxil olub. Onlar futbolçunu və ailəsini bir otağa saldıqdan sonra evi qarət edib. Hadisə nəticəsində Roberto Bacco yaralanıb. Qarətçilər evdən zinət əşyaları, bahalı saatlar və pul aparıb.

Roberto Bacco soyğunçular getdikdən sonra otaqdaqn çıxmağı bacarıb və polisə xəbər verib.

İtaliya mətbuatının yazdığına görə, əfsanəvi hücumçu oğrular evə girən zaman onlardan birinin üzərində hücum edib. Bu zaman həmin şəxs İtaliya millisinin sabiq üzvünün başına əlindəki silahın arxa hissəsi ilə zərbə vurub. Bacconun alnına tikiş vurulub. Onun ailə üzvlərindən yaralanan olmayıb.

Xəbər xətti