"Turan Tovuz" yarımmüdafiəçi transfer etdi - RƏSMİ

18:33 - 24 İyun 2024

"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi Tural Bayramlını rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat.

26 yaşlı yarımmüdafiəçi növbəti 2 mövsümdə "Turan Tovuz"un şərəfini qoruyacaq. 

Qeyd edək ki, Yunanıstan və Latviyada legioner həyatı yaşamış Tural Bayramlı karyerası ərzində "Sumqayıt", "Keşlə", "Zirə", "Səbail" və "Araz-Naxçıvan" klublarının formasını geyinib.

Xəbər xətti