Yonas Urbix “Bavariya” tarixində anti-rekorda imza atıb.
Sportal.az xəbər verir ki, 21 yaşlı qapıçı “Bavariya” tarixində Bundesliqada keçirdiyi ilk 5 oyununun hər birində qol buraxan ilk qapıçı olub.
Urbix bu şansı Manuel Noyerin zədələnməsi səbəbilə əldə edib. Noyer hazırda əzələ zədəsindən bərpa olunur. Qapılara bir neçə qol buraxmasına baxmayaraq, klub rəhbərliyi gənc qapıçıya inam göstərməyə davam edir və onun inkişafına ümid edir.
saytlarin hazirlanmasi