Bakı klubu baş məşqçisi ilə bağlı qərar verdi

11:18 - 15 Aprel 2025

Birinci Liqada iştirak edən "Baku Sportinq" baş məşqçi postunda dəyişiklik etməyib.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Elman Sultanovla uzunmüddətli müqavilə imzalayıb. 

Onun köməkçiləri də qarşıdakı mövsümlərdə paytaxt klubunda işləyəcəklər. Anlaşmanın müddəti 2030-cu ilin mayına qədər nəzərdə tutulub.

"Baku Sportinq" Birinci Liqada 21 turdan sonra 26 xalla 5-ci pillədə qərarlaşıb.

Xəbər xətti