“Barselona” sentyabrda "Kamp Nou"ya qayıdacaq.
Sportal.az “AS” nəşrinə istinadən xəbər verir ki, “Barselona” rəhbərliyi "Kamp Nou" stadionunun rekonstruksiyasının bu ilin sentyabrına kimi başa çatacağını gözləyir.
Kataloniya təmsilçisi hazırda ev oyunlarını Barselonadakı Olimpiya stadionunda keçirir.
Qeyd edək ki, “Barsa” hazırda 70 xalla La Liqada turnir cədvəlinə başçılıq edir. Hans-Diter Flikin rəhbərlik etdiyi komanda “Real”ı 4 xal qabaqlayır.
saytlarin hazirlanmasi