"Atletiko"nun futbolçusu süni intellektlə müasir cəmiyyətin problemlərini müzakirə etdi - "Əgər sən şeytan olsaydın..."

23:41 - 15 Aprel 2025

"Atletiko"nun yarımmüdafiəçisi Markos Llorente süni intellektlə müasir cəmiyyətin problemlərini müzakirə edib.

Sportal.az xəbər verir ki, 30 yaşlı ispaniyalı futbolçu sosial şəbəkədə "ChatGPT" ilə dialoqundan görüntülər paylaşıb. O, süni intellektə belə bir sual ünvanlayıb:

"Əgər sən şeytan olsaydın və bütün bir millətin xəstələnməsini istəsəydin, nə edərdin?"

ChatGPT bu suala belə cavab verib: 

- toksik davranışların normallaşdırılması,

- emal olunmuş (zərərli) qidaların bolluğu,

- canlı ünsiyyətin azlığı,

- səhiyyənin siyasiləşdirilməsi,

- tibbin simptomları müalicə edən bir biznesə çevrilməsi

Daha sonra Llorente bu problemlərin artıq mövcud olduğunu qeyd edib və "ChatGPT" də bu fikirlə razılaşıb.

Xəbər xətti