"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti matçını keçirəcək.
Sportal.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Napoli"nin qonağı olacaq.
İtaliyada keçiriləcək oyuna Bakı vaxtı ilə 00:00-da start veriləcək.
Qeyd edək ki, "Qarabağ" 4 turdan sonra 7 xalla 15-ci pillədədir. "Napoli"nin aktivində isə 4 xal var və 24-cü sırada qərarlaşıb.
UEFA Çempionlar Liqası
V tur
25 noyabr
00:00 Napoli – Qarabağ
Baş hakim: Şimon Marçinyak
İtaliya, “Dieqo Maradona” stadionu.
