"Qarabağ" UEFA Gənclər Liqasında növbəti matçını keçirəcək

09:55 - 25 Noyabr 2025

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti görüşünə bu gün çıxacaq.

Sportal.az xəbər verir ki, Rəşad Sadiqovun rəhbərlik etdiyi kollektiv "Napoli"nin qonağı olacaq.

Həmin görüşə Bakı vaxtı ilə saat 19:00-da start veriləcək. 

Qeyd edək ki, əvvəlki 4 qarşılaşmada uduzan "Qarabağ"ın U-19 komandası Liqa mərhələsində 36-cı pillədədir.

"Napoli" isə 3 xalla 25-cidir.

Xəbər xətti