"Sabah" klubu üç basketbolçusu ilə müqavilənin müddətini uzadıb.
Sportal.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Endər Poladxanlı, Şirzad Şirzadov və Əlikamran Məmmədov 2024/2025 mövsümündə də komandanın uğurları üçün çalışacaq.
Qeyd edək ki, "Sabah" başa çatan mövsümdə Azərbaycan Basketbol Liqasının qalibi olub.
saytlarin hazirlanmasi