Azərbaycanlı hakim Konfrans Liqası matçına təyinat aldı

21:40 - 27 İyun 2024

Azərbaycanlı hakim Kamal Umudlu beynəlxalq təyinat təyinat alıb.

Sportal.az xəbər verir ki, FIFA referisi Konfrans Liqası I təsnifat mərhələsində Albaniyanın "Vlajniya" və İslandiyanın "Valyur" klubları arasında keçiriləcək cavab oyununu idarə edəcək.

Ona yan xətt hakimləri Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirəcək.

Qeyd edək ki, "Vlajniya" - "Valyur" qarşılaşması 18 iyul tarixində Albaniyada baş tutacaq.

Xəbər xətti