Azərbaycanı FIBA Çempionlar Liqasında təmsil edəcək "Sabah" heyətini yeni basketbolçu ilə gücləndirib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkə çempionu Hassani Qravettlə anlaşıb.ABŞ-dən olan oyunçu ilə 2 illik müqavilə imzalanıb.
O, peşəkar karyerası ərzində 2021/2022 mövsümündə NBA-da çıxış edən "Orlando Mecik"in heyətində 8 matça çıxıb.
Son mövsümü Polşanın "Şlask" klubunda keçirən 27 yaşlı müdafiəçi 40 görüşün iştirakçısı olub.
saytlarin hazirlanmasi