"Neftçi" Türkiyə toplanışına start verir

15:50 - 8 İyul 2024

“Neftçi” yeni mövsümə hazırlığı davam etdirir.

Sportal.az xəbər verir ki, təlim-məşq toplanışının Bakıda təşkil olunmuş ilk mərhələsini ötən həftə başa vuran “ağ-qaralar” bu gün Türkiyədə ikinci mərhələyə start verir. Toplanış iyulun 26-dək Ərzurum bölgəsində davam edəcək.

Bakı təmsilçisi hazırlıq çərçivəsində 4 yoxlama oyunu keçirməyi planlaşdırır.

Xəbər xətti