AFFA rəsmisi Avropa çempionatı oyununa təyinat aldı

17:11 - 8 İyul 2024

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Sportal.az xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin C liqasının 4-cü qrupu çərçivəsində keçiriləcək Qazaxıstan – Rumıniya oyununun UEFA nümayəndəsi olacaq.

İyulun 12-də Qazaxıstanın Almatı şəhərindəki Mərkəzi Stadionda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Xəbər xətti