"Sumqayıt"ın rəqibi millinin sabiq üzvünü icarəyə götürdü

18:55 - 9 İyul 2024

Avropa Konfrans Liqasının II təsnifat mərhələsində "Sumqayıt"ın rəqibi olan "Fehervar" heyətini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Macarıstan təmsilçisi "Zalaeqerseq"dən Andras Husztu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Macarıstan U-21 millisinin sabiq üzvü olan 23 yaşlı sağ cinah müdafiəçisi 2024/2025 mövsümünü icarə əsasında "Fehervar"da keçirəcək.

Xatırladaq ki, “Sumqayıt” və “Fehervar” klubları arasında oyunlar iyulun 25-i və 31-də keçiriləcək.

Xəbər xətti