Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət basketbol millisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının C divizionunda növbəti oyununa çıxıb.
Sportal.az xəbər verir ki, milli Moldova ilə üz-üzə gəlib və 78:55 hesablı qələbə qazanıb. Oyunun ən məhsuldar basketbolçusu millimizin üzvü İsmayıl Abdullayev (24 xal, 9 ribaund) seçilib.
Millimizin qrupdakı sonuncu oyunu 11 iyul Bakı vaxtı ilə saat 16:30-da Malta yığmasına qarşı olacaq.
saytlarin hazirlanmasi