Avropa çempionatı: Millimiz yarımfinala yüksəldi

21:34 - 11 İyul 2024

Abaniyanın paytaxtı Tirana şəhərində 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunda millimizin sonuncu qrup oyunu baş tutub.

Sportal.az xəbər verir ki, U-16 millimizin bu dəfəki rəqibi Malta seçməsi olub. Oyunun əvvələrindən üstünlüyü ələ keçirmiş millimiz Malta yığması üzərində 56-50 hesablı qələbə qazanıb.

Bu qələbədən sonra yığmamız qrupda ikinci pillənin sahibi olaraq, adını yarımfinala yazdırıb. Oyunun ən məhsuldar basketbolçusu millimizin üzvü İsmayıl Abdullayev (19 xal, 8 ribaund) seçilib.

Qeyd edək ki, yarımfinal görüşləri 13 iyul tarixində keçiriləcək

Xəbər xətti