İcraiyyə Komitəsinin iclasında hakimliklə bağlı müzakirə aparıldı

20:55 - 12 İyul 2024

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasa sədrlik edən AFFA-nın prezidenti Rövşən Nəcəf qarşıya qoyulan vəzifələrdən və onların icrası istiqamətində görüləcək işlərdən bəhs edib. İcraçı vitse-prezident Sərxan Hacıyev iclasın gündəliyi barədə məlumat verib. Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

İclasda əvvəlcə AFFA Hakimlər Komitəsi ilə bağlı məsələlər, hakimlik sahəsindəki çatışmazlıqlar, problemlər müzakirə edilib. Bu xüsusda Hakimlər Komitəsinin kodeksinin hazırlanması tapşırılıb (intizam qaydaları, cəzaların müəyyənləşdirilməsi və s.). Eyni zamanda, Hakimlər Komitəsinin sədri ilə bağlı müzakirələr aparılıb. Yaxın vaxtlarda bu barədə ictimaiyyətə məlumat veriləcək.

Xəbər xətti