"Əl-İttihad"ın yeni baş məşqçisi bəlli oldu

18:54 - 13 İyul 2024

Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, komandanı Loran Blan çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

58 yaşlı mütəxəssis illik 10 milyon avro maaş alacaq. "Əl-İttihad" ölkə çempionu olsa, fransalı məşqçi əlavə 8 milyon avro bonus qazanacaq.

Qeyd edək ki, Loran Blan son olaraq "Lion"a rəhbərlik edib.


Xəbər xətti