Anxel Di Mariya Argentina milli komandasındakı gələcəyi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, 36 yaşlı vinger yığmadakı karyerasını başa vurub. Bu barədə ulduz futbolçu özü açıqlama verib.
Təcrübəli ön xətt oyunçusu Amerika Kubokunun Kolumbiya ilə küçirilən final oyununda (1:0) sonuncu dəfə ölkəsinin millisinin formasını geyinib.
Qeyd edək ki, Anxel Di mariya Argentina seçməsinin heyətində 2008-ci ilin sentyabr ayında debüt edib. O, 16 il ərzində "tanqoçular"ın heyətində meydana çıxdığı 145 rəsmi matçda 31 qol və 32 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi