AFFA Hakimlər Departamentinə yeni sədr təyin olunacaq.
Sportal.az saytına verilən məlumata görə, bu post keçmiş FIFA referisi Ömər Paşayevə həvalə olunacaq. Təyinat yaxın günlərdə rəsmiləşəcək.
Ömər Paşayev Barış Şimsəyin rəhbərliyi dövründə AFFA Hakimlər Komitəsinin üzvü olub. O, komitənin Talantlar Qrupunun rəhbəri kimi çalışıb.
Qeyd edək ki, Hakimlər Departamentinin əvvəlki sədri Cavid Cəlilov olub. Bir müddət öncə onun işinə xitam verilib.
saytlarin hazirlanmasi