78 yaşlı məşqçi milli komandanı çalışdıra bilər

22:22 - 19 İyul 2024

Mirça Luçesku yenidən məşqçiliyə qayıda bilər.

Sportal.az xəbər verir ki, rumıniyalı mütəxəssis Ukrayna milli komandasını çalışdırmağa yaxındır. Bu barədə yerli mətbuat məlumat yayıb.

Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Şevçenko 78 yaşlı məşqçi ilə danışıqlara başlayıb. Daha əvvəl bu ölkədə işləyən Luçesku təklifə isti yanaşır. Təcrübəli çalışdırıcı "Şaxtyor" və "Dinamo"ya rəhbərlik edib.

Qeyd edək ki, hazırda Ukrayna yığmasını Sergey Rebrov çalışdırır. Avro-2024-dəki uğursuzluqdan sonra onunla yollar ayrılacaq.

Xəbər xətti