Bu gün Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.
Sportal.az xəbər verir ki, püşkə əsasən Azərbaycan təmsilçilərinin də potensial rəqibləri müəyyənləşib.
"Sabah" II mərhələdə "Makkabi" (Hayfa, İsrail) səddini keçsə, növbəti raundda "Vaduts" (Lixtenşteyn) - "Sent-Patriks Atletik" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
"Zirə" II təsnifat mərhələsində "DAK-1904" klubunu (Slovakiya) mübarizədən kənarlaşdırsa, "Osiyek" (Xorvatiya) - "Levadiya" (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.
"Sumqayıt"ın da III mərhələdəki rəqibi məlumdur. Samir Abasovun rəhbərlik etdiyi kollektiv "Fehervar"ı (Macarıstan) üstələyəcəyi təqdirdə, bu raundda "Omonia" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) cütünün qalibinə rəqib olacaq.
Qeyd edək ki, Avropa Konfrans Liqasında III təsnifat mərhələsinin oyunları avqustun 8-də və 15-də keçiriləcək.
saytlarin hazirlanmasi