"Fehervar" Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, Macarıstan təmsilçisinin baş məşqçisi Tamaş Petö oyundan sonra keçirilən mətbuat konfransında açıqlama verib:
"Rahat qələbə olmadı. Futbolçularda yorğunluq var idi. İlk 20 dəqiqəni yaxşı oynaya bilmədik. Qırmızı vərəqədən sonra toparlandıq. Nəticə göz qabağındadır. Çox qol vura bilərdik. İlk hissədə də qaçırdığımız epizodlar oldu. "Sumqayıt" yaxşı komandadır. Evdə daha diqqətli olmalıyıq".
saytlarin hazirlanmasi