Fransa millisinin üzvü Səudiyyə Ərəbistanına getmək istəmir

19:48 - 8 Sentyabr 2024

Fransa millisinin futbolçusu Adrien Rabyu özünə yeni komanda axtarır.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "Yuventus"dan ayrılan fransalıya bir çox klubdan təklif var.

Səudiyyə Ərəbistanı klubları onu istəsə də, o, bu ölkəyə getmək niyyətində deyil. O, bu ölkə klublarından olan təklifləri geri çevirib.

Türkiyə Superliqasının nəhəng klublarından da təklif alan Rabyunun son variant kimi bu ölkə klublarından birinə keçə biləcəyi gözlənilir.

Xəbər xətti