"Liverpul"dan "Real"a

14:49 - 9 Sentyabr 2024

"Real" heyətini İngiltərə millisinin müdafiəçisi ilə gücləndirməyi planlaşdırır.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, "kral klubu" "Liverpul"un futbolçusu Trent Aleksander-Arnold üçün danışıqlara başlayıb.

Tərəflər arasında ilkin razılıq da əldə edilib.

Lakin "Real" 25 yaşlı futbolçu üçün təzminat ödəmək istəmədiyinə görə, mövsümün sonunu gözləyəcək. Belə ki, Arnoldun "Liverpul"la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, peşəkar karyerasına 2016-cı ildə "Liverpul"da başlayıb və yalnız bu klubda çıxış edib.

 

Xəbər xətti