Millimizə qol vuran forvard: "Atmosfer fantastik idi"

12:49 - 9 Sentyabr 2024

Slovakiya millisinin futbolçusu David Streleç Millətlər Liqasının C1 qrupunun 2-ci turunda Koşitsedə Azərbaycan yığması üzərində qazandıqları qələbəni (2:0) şərh edib.

Sportal.az xəbər verir ki, Slovakiya Futbol Federasiyasının rəsmi saytına danışan forvard millimizə vurduğu qol haqda da danışıb:

"Azərbaycana qarşı yaxşı oynadıq. Koşitsedəki atmosfer fantastik idi. Axı 26 ildir burada oynamırdıq. Ona görə də azarkeşləri sevindirmək üçün motivasiyamız yüksək idi. Şadam ki, bunu edə bildik və qalib gəldik".

Qeyd edək ki, Azərbaycan millisi qrupda ilk oyunda İsveçə 1:3 uduzub.

Xəbər xətti