I Liqa: Debütantlar qələbə ilə başladı

19:57 - 12 Sentyabr 2024

Futbol üzrə Azərbaycan I Liqasında 2024/2025 mövsümünün ilk turunun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub. Liqanın debütantları olan "Baku Sportinq" və "Cəbrayıl" səfərdə qələbə qazanıb.

Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

"Difai" - "Cəbrayıl" 0:1
Qol:
Əşrəf Zeynallı, 46
Qırmızı vərəqə: Okan Təhməzli, 90+4 ("Cəbrayıl")

"İmişli" - "Baku Sportinq" 1:2
Qollar:
Seyxan Fərəcov, 12 (pen) - Elvin Valiev, 33,  Şahin Balejai, 39
Qırmızı vərəqə: Hüseyn Mürsəlov, 83

Xəbər xətti