Ulduz futbolçu milli karyerasını başa vurdu

14:31 - 30 Sentyabr 2024

Antuan Qrizmann Fransa milli komandasındakı gələcəyi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, "Atletiko"nun hücumçusu yığmada karyerasını başa vurub. 33 yaşlı forvard qərarını sosial şəbəkə hesabında paylaşdığı video ilə açıqlayıb.

Qeyd edək ki, Antuan Qrizmann 2014-cüilin mart ayında Fransa seçməsinin heyətində debüt edib. Ulduz futbolçu millidə keçirdiyi 137 rəsmi matçda 44 qol və 38 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2018-ci ildə yığma ilə Rusiyada keçirilən dünya çempionatının qalibi olub.

Xəbər xətti