"Səbail"in baş məşqçi postuna namizəd: "Təklif olarsa, çalışmaq istəyərdim"

11:49 - 5 Noyabr 2024

"Səbail"in baş məşqçi postuna namizədlər arasında göstərilən Adil Şükürov Sportal.az saytına açıqlama verib.

O, Bayıl təmsilçisindən təklif almadığını söyləyib: "Səbail" tərəfindən mənimlə heç kim əlaqə saxlamayıb, heç bir söhbətimiz də olmayıb. Doğrudur, görürəm ki, paylaşırlar, yazırlar. Amma bunlar həqiqəti əks etdirmir. Təbii ki, təklif olarsa, çalışmaq istəyərdim. Mən peşəkar məşqçiyəm. Məşqçi olaraq da, çağırışa hazır olmalıyıq. Öz işimizi bilirik, nə işləyəcəyimizi də bilirik. Əgər təklif olarsa, oturub danışıb, planları öyrənib, ona uyğun hərəkət etmək olar".

Qeyd edək ki, Misli Premyer Liqasının 12-ci turunun "Kəpəz" - "Səbail"(1:0) görüşündən sonra mətbuat konfransında istefa verdiyini açıqlamışdı.Adil Şükürov isə son olaraq "Kəpəz" klubunu çalışdırıb.

Xəbər xətti