"Bavariya" transferdə "Liverpul"a rəqib oldu

18:30 - 5 Noyabr 2024

"Bavariya" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Münhen təmsilçisi "Ayntraxt"da çıxış edən Omar Marmuşu transfer etmək istəyir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

"Bavariya" "Liverpul"un da maraqlandığı misirli hücumçu üçün Frankfurt klubuna təklif göndərəcək. "Ayntraxt" futbolçusunu 50-60 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, "Ayntraxt" Omar Marmuşu 2023-cü ilin yayında "Volfsburq"dan transfer edib. Misir millisinin üzvü bu mövsüm Frankfurt təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 12 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti