"Beşiktaş" Avropa Liqasının ev oyununu Bakıda keçirə bilər

20:24 - 5 Noyabr 2024

Avropa Liqasının əsas mərhələsinin 5-ci turunun “Beşiktaş” - “Makkabi” (Təl-Əviv) görüşü iki ölkə arasındakı siyasi böhran səbəbindən noyabrın 28-də neytral meydanda keçiriləcək.

Sportal.az xəbər verir ki, İstanbul klubu bir neçə variantı nəzərdən keçirir. “Beşiktaş”nın Bakıda da oynamaq variant gündəmdədir.

“Beşiktaş” rəhbərliyinin Azərbaycandakı futbol adamları ilə əlaqəsinin sıx olması səbəbindən matçın Bakıda keçirilməsi daha realdır. 

Xatırladaq ki, ötən il mayın 13-də Bakıda "Sabah" və “Beşiktaş” klubları arasında xeyriyyə matçı keçirilmişdi. Oyundan əldə edilmiş məbləğ Türkiyədə zəlzələ bölgəsində məktəb inşasına sərf olunubbeş.

Xəbər xətti