"Arsenal" 120 milyon avroluq transferə hazırlaşır

17:27 - 5 Noyabr 2024

"Arsenal" klub tarixinin ən bahalı transferini həyata keçirməyə hazırlaşır.

Sportal.az xəbər verir ki, London təmsilçisi "Nyukasl"da çıxış edən Aleksandr İsakı transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Arsenal" isveçli hücumçu üçün 120 milyon avroluq təklif göndərəcək. Keçidin yanvar ayında reallaşması gözlənilir.

Qeyd edək ki, "Nyukasl" Aleksandr İsakı 2022-ci ilin yayında "Real Sosyedad"dan transfer edib. İsveç millisinin üzvü olan 25 yaşlı forvard bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti