"Əl-Hilal" zədələrdən əziyyət çəkən Neymarla yollarını ayırmağı planlaşdırır.
Sportal.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu yanvar ayında braziliyalı vingerlə müqaviləni ləğv edəcək. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
"Əl-Hilal" Neymarı başqa bir dünya ulduzu ilə əvəzləmək niyyətindədir. Belə ki, klub rəhbərliyi "Əl-Nəsr"də çıxış edən Kriştiano Ronaldonu transfer etmək istəyir.
Qeyd edək ki, portuqaliyalı hücumçunun "Əl-Nəsr"lə müqaviləsi mövsümün sonuna kimidir.
saytlarin hazirlanmasi