"Qarabağ" bu gün UEFA Avropa Liqasında növbəti matçına çıxıb.
Sportal.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Liqa mərhələsinin IV turunda “Bodo-Qlimt”in qonağı olub.
Azərbaycan çempionu səfərdə qələbə qazanıb.
“Qarabağ” bundan əvvəl “Tottenhem”(0:3), “Malmö”(1:2) və “Ayaks”a (0:3) uduzub.
UEFA Avropa Liqası
Liqa mərhələsi, IV tur
7 noyabr
"Bodo-Qlimt" (Norveç) – "Qarabağ" 1:2
Qollar: Berg 42 - Toral Bayramov 22, Zubir 67
Baş hakim: Luis Qudinyu (Portuqaliya)