"Liverpul"un ulduzu "Barselona"ya keçə bilər

16:12 - 7 Noyabr 2024

Mövsümün sonunda "Liverpul"la müqaviləsi başa çatan Məhəmməd Salah karyerasını İspaniyada davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Barselona" yayda azad agent statusunda olacaq misirli ulduzu heyətinə qatmaq istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Artıq tərəflər arasında danışıqlara start verilib. Salah "Barselona"dan illik 15 milyon avro maaş tələb edir. Kataloniyalılar bu məbləği ödəməyə hazırdır.

Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ilin yayından "Liverpul"da çıxış edir. 32 yaşlı vinger bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 9 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti