"Şamaxı"nın gürcü legioneri Giorgi Kantariya Sportal.az saytına açıqlama verib. Bölgə klubunun aparıcı futblçusu komandasının Misli Premyer Liqasının 12-ci turun da “Zirə”yə 0:2 hesablı məğlubiyyətini şərh edib:
"Zirə" çempionatımızın ən yaxşı komandalarından biridir. Onların heyətində keyfiyyətli futbolçular var. Öz səhvlərimiz ucbatından uduzduq. Konsentrasiya itkisi baş verdi. "Zirə" də bundan istifadə edərək iki qol vurdu. Belədə, oyunu uduzduq. Halbuki bizim də qol vurmaq üçün yaxşı imkanlarımız var idi. İstifadə etmək alınmadı. "Zirə"nin hər zaman öz oyun stili olub, indi də belədir. Onlar hər zaman dominant oyun sərgiləyirlər. Bizimlə görüşdə də pis deyildilər. Sadəcə bizim özümüzdə konsentrasiya əskikliyi oldu".
Kantariya Misli Premyer Liqasının 13-cü turunun “Neftçi” ilə görüşündən gözləntilərini də bölüşüb:
“Bizim üçün qazanılacaq hər xal çox dəyərlidir. Öz məqsədimiz uğrunda sona qədər mübarizə aparacağıq. Bizim çox yaxşı məşqçilər korpusumuz var. Bizə rəqib haqda lazımı məlumatlar veriləcək. Meydanda nə etməli olduğumuzla bağlı tapşırıqlar veriləcək".
Mirbağırağa
saytlarin hazirlanmasi