Rusiyalı futbol eksperti Aleksandr Tarxanov Vasili Berezutskinin “Sabah”ın baş məşqçi postuna təyinatını şərh edib.
Sportal.az “Чемпионат” nəşrinə istinadən xəbər verir ki, rusiyalı mütəxəssis Rusiya millisinin sabiq müdafiəçisinin Azərbaycandakı karyerasının onun üçün tramplin ola biləcəyini söyləyib:
“Vasili Berezutski müstəqil işə hazırdır. “Sabah”ı da sonradan digər komandalarda təcrübə qazanaraq “Krasnodar”a gələn Murad Musayev də çalışdırıb. Vasili “Sabah”da özünü yaxşı tərəfdən göstərsə, Rusiya klublarından da dəvət ala bilər. Berezutski hər zaman ikinci məşqçi ola bilməz. Baş məşqçi olmaq üçün hardansa başlamaq lazımdır. O, Leonid Slutskinin yanında çox qaldı. Üstəlik, Azərbaycan Rusiyaya Çindən daha yaxındır. Orada da rus dilində danışırlar. Hər şeyin yaxşı olacağını dəqiq söyləmək mümkün deyil, ən azından "Sabah"da təcrübə qazanacaq".
70 yaşlı mütəxəssis məşqçilik karyerası ərzində “Paxtakor”, ÇSKA, “Torpedo”(Moskva), “Terek”(indiki “Axmat”), “Krılya Sovetov”, “Ximki”, “Ural”, “Yenisey”, “Slaviya(Sofiya) klublarını çalışdırıb.
saytlarin hazirlanmasi