19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.
Sportal.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz meydan sahibi Kipr yığması ilə üz-üzə gəlib.
B Liqasının V qrupunun son matçında millimiz 0:3 hesabı ilə uduzub.
Qeyd edək ki, Həbib Ağayevin baş məşqçisi olduğu komanda buna qədər qrupda İsveçrə yığmasına 0:8, Estoniyaya isə 0:3 hesabı ilə məğlub olub.
saytlarin hazirlanmasi