İstanbul klubu Tuncay Şanlını istefaya göndərdi

19:30 - 3 Dekabr 2024

Türkiyənin "Ümraniyespor" klubu baş məşqçi Tuncay Şanlı ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, I Liqa təmsilçisi 42 yaşlı mütəxəssislə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türk məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Tuncay Şanlı mövsümün əvvəlində "Ümraniyespor"un baş məşqçisi təyin olunmuşdu. İstanbul təmsilçisi I Liqada 14 turdan sonra 19 xal toplayıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Xəbər xətti