Futbol üzrə Polşa Ekstraklasasında 18-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Rahil Məmmədovun formasını geyindiyi "Radomyak" doğma meydanda "GKS Katovitse"ni qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Rahim Məmmədov bu matçın iştirakçısı olmayıb. 29 yaşlı mərkəz müdafiəçisi zədəli olduğu üçün onun adı oyunun iştirak ərizəsinə daxil edilməyib.
18 turdan sonra 17 xal toplayan "Radomyak" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi