"Qarabağ" gerilədi, "Zirə" və "Sabah" vəziyyətini yaxşılaşdırdı

09:56 - 19 Yanvar 2025

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünya klublarının son bir il üçün reytinq cədvəlini açıqlayıb.

Sportal.az xəbər verir ki, 700 klubun yer aldığı siyahıda Azərbaycan Premyer Liqasının dörd komandası yer alıb: “Qarabağ”, “Zirə”, “Sabah” və “Turan-Tovuz”.

Yenilənmiş reytinqə əsasən, “Qarabağ” 168,75 xalla 67-ci yerdən 81-ci yerə enib. Ağdam təmsilçisini “Gent” və “Kolo-Kolo” (hər biri 169)  cədvəldə qabaqlayıb. Azərbaycan çempionunu isə daha aşğı pillədə “Bodo-Qlimt” (167) izləyir. 

“Zirə” isə 2019-cu pillədən 208-ci pilləyə yüksəlib. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv “Universitario”(99,5) ilə eyni xaldadır. “Sabah” öz mövqeyini yaxşılaşdıraraq, 400-cü yerdə (62,25) dörd klubla eyni mövqeni bölüşməklə yanaşı, “Pumas”(Meksika) və “Raja Kasablanka”(Mərakeş) (hər ikisi 62,5) aşağı olmaqla, Fransanın “Reyms”, Belçikanın “Vesterlo” kimi bir sıra komandalarını qabaqlayıb. 

“Turan-Tovuz” da bir sıra klublarla (hər biri 53,75) bölüşdüyü 496-cı yerdən 494-cü yerə yüksələrək irəliləyib. Berdiyevin komandası San-Marinonun “Virtus”, Niderlandın “Heerenveen” klublarından geridədir. Ancaq tovuzlular Hondurasın “Marafon” klubunu (54) qabaqlayıb.

Ötən ilin ən yaxşı klubu “Real”dır (Madrid)(441 xal).
 

Xəbər xətti