Juninyonun “Qarabağ”dan “Flamenqo”ya transferi daha bir klubun büdcəsinə əlavə maliyyənin gəlməsinə səbəb olacaq.
Sportal.az "Comunidade Azul-Grena" nəşrinə istinadən xəbər verir ki, "Qarabağ" bu transferə görə “Şaviş”ə pul ödəyəcək.
Buna səbəb ağdamlıların 2023-cü ildə Juninyonu alarkən portuqaliyalının müqaviləyə futbolçunun gələcəkdə başqa kluba satışından məbləğin 10%-ni alması ilə bağlı bənd daxil etməsidir.
Beləliklə, bu transferdən təxminən 500 min avro qazanan “Şaviş” indi daha yarım milyon əldə edəcək.
Xatırladaq ki, “Flamenqo” 28 yaşlı forvard üçün “Qarabağ”a 5 milyon avro ödəmişdi.
saytlarin hazirlanmasi