"İnter" "Dinamo"nun yarımmüdafiəçisini transfer etmək istəyir

15:52 - 17 Yanvar 2025

İtaliyanın "İnter" klubu yarımmüdafiə xəttini yeni oyunçu ilə güclənirməyə çalışır.

Sportal.az xəbər verir ki, Milan klubu Zaqreb "Dinamo"sunda çıxış edən Petar Suçiçi transfer etmək istəyir. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb.

"İnter" Suçiç üçün Xorvatiya klubu ilə danışıqlara başlayıb. A Seriyası nəhəngi 21 yaşlı dayaq yarımmüdafiəçisi üçün 15 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Dinamo" Petar Suçiçi 2022-ci ilin yanvar ayında Bosniya və Herseqovinanın "Zrinski Mostar" klubundan transfer edib. Xorvatiya millisinin üzvü olan gənc futbolçu bu mövsüm Zaqreb təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti