"Mançester Sİti"nin futbolçusu Savinyo karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Real" braziliyalı vingeri transfer etmək istəyir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Madrid klubunun nümayəndələri növbəti həftə futbolçunun meneceri ilə görürəcək. "Real" bundan sonra İngiltərə klubuna 20 yaşlı oyunçu üçün təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, "Mançester Siti" Savinyonu mövsümün əvvəlində Fransanın "Trua" klubundan transfer edib. Braziliya millisinin üzvü olan gənc vinger Premyer Liqa təmsilçisinin heyətində keçirdiyi 27 rəsmi matçda 1 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi