"Yuventus"un idman direktoru Kriştiano Guuntoli müdafiəçi Andrea Kambiasonun "Mançester Siti"yə keçə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, klub rəsmisi Kambyazonun Turində qalacağını deyib:
"Hələlik "Mançester Siti"dən rəsmi təklif almamışıq. Gəlsə, nə edəcəyimizə qərar verəcəyik. Bu “transfer pəncərə”sində satışdan daha çox yeni transferlərə diqqət yetiririk".
24 yaşlı sol cinah müdafiəçisinin “Yuventus”la müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. “Cenoa” yetirməsi olan italiyalı “Albissola”, “Alessandriya”, “Empoli”, “Bolonya” klublarında da oynayıb.
saytlarin hazirlanmasi