"Fənərbaxça"nın futbolçusu Cengiz Ünder İtaliya A Seriyasına qayıda bilər.
Sportal.az xəbər verir ki, "Torino" türk vingeri transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuat məlumat yayıb.
İtaliya klubu Cengiz üçün "Fənərbaxça" ilə danışıqlara başlayıb. "Torino" 27 yaşlı ön xətt oyunçusu üçün Türkiyə klubuna 10 milyon avroluq satınalma bəndi ilə 6 aylıq icarəyə götürmək təklifini göndərib.
Qeyd edək ki, "Fənərbaxça" Cengiz Ünderi 2023-cü ilin yayında "Marsel"dən 15 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.
saytlarin hazirlanmasi