Mahir Emrelinin komandası növbəti matçına çıxır

13:22 - 19 Yanvar 2025

Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" bu gün Almaniya 2-ci Bundesliqasında növbəti görüşünə çıxacaq.

Sportal.az xəbər verir ki, Emrelinin komandası 18-ci turda "Karlsrue"ni qəbul edəcək.

Qarşılaşmaya Bakı vaxtilə saat 16:30-da start veriləcək. Oyun "İdman TV" vasitəsilə canlı yayımlanacaq.

Millimizin 28 yaşlı vingeri bu mövsüm "Nürnberq"in heyətində 12 görüşdə meydana çıxıb, 3 qol və 1 asistlə yadda qalıb.

"Nürnberq" 22 xalla turnir cədvəlinin 11-ci pilləsindədir. 

Xəbər xətti